166 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev: Rusiya Prezidenti ilə görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına çox müsbət təkan verir

30 Yanvar 2022

Rusiya Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük. Buna görə bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına çox müsbət təkan verir, qarşılıqlı siyasi fəaliyyət də çox yüksək səviyyədədir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində Rusiya ilə Azərbaycan arasında mövcud əməkdaşlıqdan, Prezident Vladimir Putinlə münasibətlərindən danışarkən söyləyib.
“Əlbəttə, humanitar sahədə əməkdaşlığı hökmən qeyd etmək lazımdır və Rusiya Prezidenti ilə biz həmişə belə edirik. Fikrimcə bu, qonşular arasında əməkdaşlığın nümunəsidir. Azərbaycanda təhsilin rus dilində olduğu 330-dan çox məktəbin, Rusiyanın aparıcı ali məktəblərinin filiallarının mövcud olması və yetərincə zəngin mədəni proqramın olması Rusiyada çox yüksək qiymətləndirilir. Biz daim əlaqə saxlayırıq, yaxın dostlar və tərəfdaşlar kimi işləyirik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…