246 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna qarşı hakim ədalətsisliyini sərt tənqid edib

13 Dekabr 2021

Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Əlbəttə, biz səkkizdəbir oyuna birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, “Qarabağ” futbol klubunun Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşməsi birinci dəfə deyil. Prezident buna misal olaraq, komandamızın 2014-cü ildə həlledici oyunda son dəqiqələrdə vurduğu təmiz qolun hakim tərəfindən sayılmadığını xatırladıb. “Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil… Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, – təkcə sizə yox, – ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsaydı, iki dəfə olsaydı deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı ümid etdiyini bildirib ki, UEFA bu problemin aradan qaldırılması üçün əməli addımlar atacaq, bu biabırçı hallara yol verən hakimlər cəzalandırılacaq. Əks təqdirdə, növbəti dəfə ədalətsizlik, ikili standartlar, ayrı-seçkilik davam edəcək.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Qarabag_futbol_klubuna_qarsi_hakim_edaletsisliyini_sert_tenqid_edib-1950108

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…