234 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev milli bayram münasibətilə serbiyalı həmkarını təbrik edib

14 Fevral 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı dinamik inkişaf yolunda olan Azərbaycan-Serbiya münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.
Təbrik məktubunda deyilir: “Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Dövlətimizin başçısı, həmçinin Prezident Aleksandar Vuçiçə ən xoş arzularını çatdırıb, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah diləyib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…