26 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev Latviyanın Baş nazirinin müavinini qəbul edib – YENİLƏNİB

26 Aprel 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki,görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib. İqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan-NATO əlaqələrinə toxunulub, Prezident İlham Əliyevin ötən il NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri, Baş katib Yens Stoltenberq ilə görüşü və Şimali Atlantika Şurasının iclasında çıxışı xatırlandı, Azərbaycanın NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakı vurğulanıb.

Görüşdə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə də əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, bu baxımdan ötən il keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığının Sammitinin əhəmiyyəti qeyd edilib.

Qonaq ikinci Ermənistan-Azərbaycan müharibəsində əldə etdiyimiz Qələbə münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

12:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…