49 baxış
Bu yazını paylaşın
Uncategorized

Prezident İlham Əliyev Kambocanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

23 Noyabr 2021

zərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, səfir Kim Henq Meas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Kambocanın Azərbaycana dost ölkə olduğunu deyən dövlətimizin başçısı Azərbaycan tərəfinin münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı. Azərbaycanla Kamboca arasında çox yaxın siyasi əlaqələrin mövcud olduğunu deyən dövlətimizin başçısı səfir Kim Henq Measın ölkələrimizin biznes dairələri arasında da əməkdaşlığın qurulması işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.

Xoş sözlərə görə təşəkkürünü bildirən səfir Kim Henq Meas Kambocanın Kral həzrətləri Norodom Sihamoninin salamlarını və firavanlıq arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı.

Prezident İlham Əliyev Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral həzrətlərinə çatdırmağı xahiş etdi.

Səfir Kim Henq Meas ölkələrimiz arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əlaqələrin olduğunu vurğulayaraq fəaliyyəti dövründə Kamboca-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Kambocanin_olkemizde_yeni_teyin_olunmus_sefirinin_etimadnamesini_qebul_edib__YENILANIB_VIDEO-1932756

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…