39 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev İsrailə səfərə dəvət olunub

08 Aprel 2022

“Bu ildönümü İsrail Dövləti və Azərbaycan Respublikası arasında yaxşı ikitərəfli münasibətlərdən, o cümlədən siyasi, iqtisadi, mədəni və bir çox müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu bildirmək üçün gözəl fürsətdir”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib.

“Münasibətlərimizin yenilənməsi ilə əlamətdar olan bu hadisə mənim üçün xüsusilə əzizdir, belə ki, İsrailin mərhum VI Prezidenti, mənim atam Haim Hersoq həmin vaxtı dövlət başçısı idi.

İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.

Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”, – dövlət başçısının məktubunda vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…