22.10.2024 12:29:15
42 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev: Gəncəyə gedən avtomobil və dəmir yolları tam müasirləşdirilib

31 Yanvar 2022

İndi bütün ölkədə olduğu kimi, Gəncəyə gedən avtomobil yolları tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsində infrastruktur layihələri barədə danışarkən bildirib.
Gəncə-Bakı dəmir yolu xəttinin də tam modernləşdirildiyini, xəttə dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən komfortlu sürət qatarlarının buraxıldığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Gəncə Beynəlxalq Hava Limanı da uzun illər bundan əvvəl yenidən qurulub.
“Yəni, bunlar əsas infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafından söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Baxın, indi Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb”, – deyə Prezident qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top