29 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev Emmanuel Makronu yenidən Fransa Prezidenti seçilməsi münasibətilə təbrik edib

26 Aprel 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emmanuel Makronu Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

“TELEJURNAL” AZƏRTACA istinadən xəbər verir ki, təbrikdə iqtisadiyyat, energetika, o cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlığın Azərbaycan-Fransa əlaqələrini şərtləndirən başlıca amillərdən olduğu vurğulanır. Bu əməkdaşlığın xalqlarımızın mənafeyi naminə birgə səylərlə davam etdiriləcəyinə inam ifadə olunur.

Təbrik məktubunda daha sonra deyilir: “Ümidvarıq ki, hazırda Avropa İttifaqına sədrlik edən Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, tərəfimizdən təqdim edilən beş prinsip əsasında ölkələr arasında sülh müqaviləsinin hazırlanması prosesinə öz dəstəyini verəcəkdir”.

Dövlətimizin başçısı fransalı həmkarına ən xoş arzularımı yetirib, ona qarşıdakı fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…