17 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev: Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur

15 İyul 2022

Bakı,14 iyul, TELEJURNAL AZƏRTAC istinadən xəbər verir ki,

Altı il əvvəl qardaş Türkiyə xalqı Vətəninin müstəqilliyini, suverenliyini müdafiə edərək, dövlətçiliyə və demokratiyaya sahib çıxaraq əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərmiş, dünyaya bir daha qüdrətini və əzəmətini sübut etmişdi. 15 İyul hadisələri ilə əlaqədar təsis edilmiş “Demokratiya və Milli Birlik Günü” qəhrəman xalqınızın Vətəninə və dövlətinə bağlılığının, dövlətçiliyə və demokratik ənənələrinə sadiqliyinin təcəssümüdür.

bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdinin altıncı ildönümü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda yer alır.

Qeyd olunur ki, Azərbaycan xalqı dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Məktubda, daha sonra deyilir: “Qardaş xalqınızın əsl lideri kimi Sizin şəxsinizə olan sonsuz inam və etimadı, Sizin ətrafınızda sıx birləşməsi Türkiyə dövlətinə qarşı yönəlmiş xəyanətin qarşısını almaqda, ölkənizin bu çətin sınaqdan başıuca çıxmasında həlledici rol oynadı. Milli birliyin və həmrəyliyin, sarsılmaz iradənin və güclü liderliyin təntənəsi olan bu möhtəşəm zəfər Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunmuşdur”.

Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır. “Bir millət, iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.

“Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik”, – deyə məktubda vurğulanır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…