192 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev ÇXR-in Sədri Si Cinpinə təbrik məktubu göndərib

31 Yanvar 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpini və onun simasında Çin xalqını Yeni ilin gəlişini simvolizə edən Bahar bayramı münasibətilə təbrik edib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı dərin tarixi kökləri olan Çin xalqının zəngin milli-mənəvi irsini özündə bariz şəkildə ifadə edən bu bayramın dost ölkəyə əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət bəxş etməsini arzulayıb.
Təbrik məktubunda deyilir: “Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin bugünkü səviyyəsi və dinamikası böyük məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, enerji, sənaye və digər sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcəkdir”.
Azərbaycan Prezidenti, həmçinin Pekin Qış Olimpiya Oyunlarının keçirilməsində Çin Xalq Respublikasına uğurlar arzulayıb, bu beynəlxalq yarışların möhtəşəm idman bayramına çevriləcəyinə inamını ifadə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…