20 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev: Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur

22 Mart 2022

Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz ortaq mənəvi dəyərlərimizdən və xalqlarımızın iradəsindən güc alan bu birliyimizi daha da möhkəmləndirmək əzmindəyik.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə Pakistan Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda qeyd olunub: “Keçən il Aşqabadda Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın genişləndirilməsi sahəsində atdığımız addımlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…