37 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident İlham Əliyev: Azərbaycan-Ermənistan münasibətlərinin necə cərəyan edəcəyi barədə proqnoz vermək çətindir

24 Fevral 2022

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin necə cərəyan edəcəyi barədə proqnoz vermək mənim üçün çətindir. Çünki bütün bunlar təzədir. Bizim bəyanatlarımız və sülhün bərqərar olmasına hədəflənməyimiz hələ ki, erməni rəhbərliyi tərəfindən ən azı açıq şəkildə qəbul edilmir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı bildirib.
“Buna görə də bu yaxınlarda baş verən hadisələr nəzərə alınmaqla, dünyada vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Fikrimcə, təkcə mənə deyil, bilavasitə bu prosesə cəlb edilənlərə də çox çətindir. Çünki hər şeyi və bütün əsas ölkələrin hərəkətini qabaqcadan görmək çox çətindir. Hətta İkinci Qarabağ müharibəsi başlananda, hətta o potensialla – həm siyasi, həm hərbi, həm iqtisadi potensialla biz hər şeyi qabaqcadan nəzərə ala bilmirdik”, – deyə dövlətimizin başçısı qeyd edib.
Müharibəni qabaqcadan proqnozlaşdırmağın mümkün olmadığını vurğulayan Azərbaycan Prezidenti deyib: “Çünki təsdiqlənmiş planlar çərçivəsində gedirdik və yolumuzdan çıxmırdıq, lakin bu axında müxtəlif dolambaclar vardı. Rusiya ilə Ukrayna arasında vəziyyət barədə də bunu demək olar”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…