27 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident: “Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi”

16 May 2023

Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu.

TELEJURNAL-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edərkən deyib.

İkitərəfli münasibətlərə toxunan dövlət başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib.

Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə və münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…