76 baxış
Bu yazını paylaşın
Dünya

Prezident Ərdoğan Putinlə telefonla danışıb

28 Aprel 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı baş tutub.

TELEJURNAL xəbər verir ki, Türkiyə Prezident Aparatından verilən məlumata görə, liderlər görüşdə ikitərəfli münasibətləri və regional hadisələri müzakirə ediblər.

Prezident Ərdoğan görüş zamanı Rusiya Prezidenti Putinə bu gün İlk Nüvə Yanacağının Təqdimat Mərasiminin keçiriləcəyi “Akkuyu” Atom Elektrik Stansiyasına verdiyi dəstəyə görə təşəkkür edib.

Rusiya-Ukrayna müharibəsindəki vəziyyət və taxıl müqaviləsi ilə bağlı araşdırmaların da qiymətləndirildiyi görüşdə prezident Ərdoğan təklif olunan işçi qrupu vasitəsilə yeni təşəbbüslərin üzərində işlənə biləcəyini bildirib.

Görüşdə Suriyadakı hadisələr də müzakirə edilib. Rusiya prezidenti Putin də prezident Ərdoğana ən xoş arzularını çatdırıb.

Görüşdə vitse-prezident Fuat Oktay, prezidentin sözçüsü İbrahim Kalın və MİT rəhbəri Hakan Fidan da iştirak edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…