66 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident Bidzina İvanişviliyə məktub ünvanladı

02 Noyabr 2020

Azərbaycan Prezidenti İlham Əliyev “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişviliyə məktub ünvanlayıb. 

“telejurnal” xəbər verir ki, məktubda deyilir:

“Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm.

Sədri olduğunuz partiyanın ardıcıl olaraq üçüncü parlament seçkilərində qalib gəlməsi dost Gürcüstan xalqının həyata keçirdiyiniz siyasi kursa dəstəyini bir daha təsdiq etdi.

İnanıram ki, bu qələbəniz ölkənizin daha da çiçəklənməsinə xidmət edəcək, xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…