30 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident Azərbaycan və İsrailin hərbi-texniki sahədə uğurlu əməkdaşlıq etdiyini açıqlayıb

05 Aprel 2022

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edərkən danışıb.

Dövlət başçısı hərbi-texniki sahədə də iki ölkə arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışıb, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğulayıb, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…