38 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident: “Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir”

22 İyun 2023

Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir.

Telejurnal  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən dövlətimizin başçısı bunu əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.

Azərbaycan Prezidenti qeyd edib ki, ölkələrimiz arasında əlaqələr regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıyır. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…