31 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”

31 May 2023

“Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”.

TELEJURNAL xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

Prezident, Yunanıstan-Bolqarıstan qaz kəmərinin açılış mərasimində iştirak etmək üçün dəvət olunduğunu və nəticədə Azərbaycanın Bolqarıstana təbii qaz tədarük etməyə başladığını qeyd edib.

“Biz indi Bolqarıstan vasitəsilə imkanları dəyərləndiririk və əminəm ki, yaxın vaxtlarda biz qonşu ölkələrə təbii qaz nəql etməyə başlayacağıq. Əslində, Rumıniya artıq bizim əməkdaşlıq formatımızın bir hissəsidir. Əgər hər şey qrafik üzrə gedərsə və planlaşdırılan bütün interkonnektorlar vaxtında tikilərsə, o zaman ilin sonuna kimi təbii qazımız Macarıstan və Serbiyaya tədarük edilə biləcək. Beləliklə, bu, bizim təbii qaz təchizatı coğrafiyamızı genişləndirəcək”, – dövlət başçısı bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…