363 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident: Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb

30 Yanvar 2022

Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb. Bu gün biz daşımanı çoxaltmaq və Azərbaycanın tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.
Dövlətimizin başçısı verilişin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla söhbətində İnformasiya-kommunikasiya texnologiyaları sektorundan da bəhs edib. Qeyd olunub ki, artıq üç peykə malik olan Azərbaycan kosmik klubun üzvüdür. İKT sahəsi çox fəal inkişaf edir və bu sahədə mühüm artım var.
Prezident, həmçinin ölkəmizdə kənd təsərrüfatına çox böyük sərmayə qoyulduğunu və yetərincə ciddi artım olduğunu, müasir turizm infrastrukturu yaradıldığını qeyd edib, Azərbaycanın koronovirus pandemiyasına qarşı səmərəli mübarizəsindən və bu istiqamətdə qlobal təşəbbüslərindən, Qoşulmama Hərəkatına uğurlu sədrliyindən danışıb, bir sıra digər aktual mövzulara toxunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…