81 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident: Azad edilmiş torpaqlarla yanaşı, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur

31 Yanvar 2022

Bugünkü açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Həm də onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara – Qarabağa və Zəngəzuradır, eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsində bildirib.
Gəncəyə səfər çərçivəsində bir sıra önəmli obyektlərin açıldığını diqqətə çatdıran dövlətimizin başçısı onların sırasında ikinci “ASAN xidmət” Mərkəzini xüsusilə qeyd edib. Eyni zamanda, açılışları olan Gəncə Dram Teatrının, Gəncə lokomotiv deposunun, həmçinin bir neçə il əvvəl istifadəyə verilmiş Gəncə Filarmoniyasının, tikintisi davam edən Gəncə İdman Sarayının və digər infrastruktur obyektlərinin əhəmiyyətindən danışıb.
“Ölkə qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir. Amma buna baxmayaraq, mədəniyyətə, şəhərin, Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…