34 baxış
Bu yazını paylaşın
Dünya

Prezident: “Avropa İttifaqı ilə çox fəal siyasi təmaslar mövcuddur”.

18 İyul 2022

“Səfərinizə görə minnətdaram. Səfəriniz həqiqətən ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Çox şadıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir”.

 TELEJURNAL. az Report-a  istinadla  xəbər verir ki, bunu iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü zamanı deyib.

“Bizim siyasi münasibətlərin inkişafı baxımından, sözün əsl mənasında, çox yaxşı nailiyyətlərimiz var. Çox fəal siyasi təmaslar mövcuddur. Bilirsiniz ki, Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Əminəm ki, gələn illərdə icrasını planlaşdırdığımız layihələr ticari əməkdaşlığımızı genişləndirəcək. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq hər zaman gündəliyimizdə üstün yer tutub. Bu gün xüsusən də belədir. Hesab edirəm ki, çox yaxşı nəticələrimiz, nailiyyətlərimiz var. Bu ilin əvvəlində, xanım komissarın səfərindən sonra, biz enerji dialoqunu başlamışıq. Fikrimcə, bu, həmçinin qarşılıqlı marağın çox yaxşı əlamətidir”, – dövlət başçısı əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…