70 baxış
Bu yazını paylaşın
Siyasi

Prezident: Ağdam şəhərinin nə gündə olduğunu bütün dünya görür, amma Avropa təşkilatları özlərini görməzliyə vurur

13 Dekabr 2021

Artıq minlərlə insan – siyasətçi, deputat, ictimai xadim, jurnalist, xarici vətəndaş Ağdamda olub və bu dağıntıları görüb. Müharibənin başa çatmasından bir ildən çox vaxt keçir. İndi baxın, bir Avropa təşkilatı bu müsibət, bu fəlakət, bu faşizmlə bağlı bir söz deyib? Yox! Görməzliyə vururlar, sanki bu, heç olmayıb.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən söyləyib.

“İndi Ağdam şəhəri yoxdur, tamamilə dağıdılıb, talan edilib və hər tərəf minalanıb. Müharibə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst olub, əlil olub. Amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı? Yox! İşğal dövründə etnik təmizləməyə görə, Xocalı soyqırımına görə bir Avropa təşkilatı Ermənistanı qınayıbmı? Yox! Həqiqət budur, reallıq budur və əlbəttə ki, biz bu reallığı nəzərə almalıyıq, amma heç vaxt barışmamalıyıq. Necə ki, işğalla barışmamışdıq, ədalətsizliklə barışmamışdıq. Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib. Çünki bunun başqa yolu yoxdur. Nəyə görə? Güc, iradə, birlik, həmrəylik və məsuliyyət. Siyasətdə, həyatda, idmanda bax, bu amillər hesab edirəm ki, hər bir insana, siyasətçiyə başucalığı gətirəcək”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

“Qarabağ” futbol klubunun qələbəsinin, sadəcə, idman qələbəsi olmadığını bir daha vurğulayan Azərbaycan Prezidenti deyib: “Çünki siz Ağdam şəhərini təmsil edirsiniz. Əminəm ki, gün gələcək biz Ağdamı dediyim kimi quracağıq, elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq və siz ev oyunlarınızı Ağdamda keçirəcəksiniz, “İmarət” stadionunda keçirəcəksiniz, orada parlaq qələbələr qazanaraq, xalqımızı sevindirəcəksiniz.

https://azertag.az/xeber/Prezident_Agdam_seherinin_ne_gunde_oldugunu_butun_dunya_gorur_amma_Avropa_teskilatlari_ozlerini_gormezliye_vurur-1950196

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…