19 baxış
Bu yazını paylaşın
İdman

Premyer Liqada say dəyişmədi – “Şamaxı” Diviziona düşdü

16 İyun 2023

Azərbaycan Premyer Liqasında yeni mövsümdə 10 komanda iştirak edəcək.

Telejurnal  xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Çempionatı sonuncu bitirən “Şamaxı” yeni mövsümdə I Divizionda çıxış edəcək. Aşağı liqanın qalibi “Araz Naxçıvan” isə elitada mübarizə aparacaq.

Qeyd edək ki, İK-nin üzvü Elmar Məmmədyarov mediaya açıqlamasında komanda sayının 12 olacağını söyləsə də, daha sonra S. Hacıyev anlaşılmazlıq olduğunu qeyd edərək, yeni qərar haqqında məlumat verdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…