45 baxış
Bu yazını paylaşın
İdman

Premyer Liqa: “Sabah” klubu səfərdə “Sumqayıt”ı darmadağın edib

17 May 2023

Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Telejurnalın məlumatına görə, bağlanış oyununda “Sabah” Sumqayıtda eyniadlı komandanın qonağı olub. “Kapital Bank Arena”da keçirilən görüş Bakı klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qonaqlardan qolları 34-cü dəqiqədə Con İrasabal, 44-cü dəqiqədə Davit Volkov, 45+1-ci dəqiqədə Kristian da Silva və 72-ci dəqiqədə Kristian Sebalyos vurublar.

Bu qələbədən sonra xallarını 80-ə çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. 28 xalı olan “Sumqayıt” isə 8-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” isə səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…