21 baxış
Bu yazını paylaşın
İdman

Premyer Liqa: “Neftçi” “Şamaxı” ilə heç-heçə edib

14 May 2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

Telejurnalın məlumatına görə, günün yeganə matçında “Neftçi” “Şamaxı”nı qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Bölgə təmsilçisinin qapıçısı Rəşad Əzizli 12-ci dəqiqədə avtoqol müəllifi olub. 56-cı dəqiqədə “Şamaxı”nın hücumçusu Amil Yunanov penaltidən fərqlənməklə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra xallarının sayını 62-yə çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. Qonaqlar 24 xalla 10-cu-sonuncu sırada qalıb.

Qeyd edək ki, tura mayın 17-də baş tutacaq “Sumqayıt” – “Sabah” görüşü ilə yekun vurulacaq. XXXIV turun əvvəlki oyunlarında “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, “Turan Tovuz” səfərdə “Qəbələ”yə 2:1, çempion “Qarabağ” isə “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…