22 baxış
Bu yazını paylaşın
İdman

Premyer Liqa: Avrokuboka 4-cü vəsiqə və elitanı tərk edəcək klub sonuncu turda bəlli olacaq

22 May 2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.

Telejurnal” ın məlumatına görə, ikinci oyun günündə daha dörd qarşılaşma oynanılıb.

“Turan Tovuz” doğma meydanda “Səbail”lə heç-heçə edib – 2:2. Meydan sahiblərinin qollarını 2-ci dəqiqədə Şəhriyar Əliyev, 49-cu dəqiqədə isə Ayxan Quseynov vurub. “Dənizçilər”in heyətində 73-cü dəqiqədə Franko Mazurek, 90+3-cü dəqiqədə Qoba Zakpa fərqlənib.

Çempionluğunu rəsmiləşdirən “Qarabağ” evdə “Sumqayıt”a 1:2 hesabı ilə yenilib. “Gənclik şəhəri” təmsilçisində 33-cü dəqiqədə penaltidən Vüsal İsgəndərli, 39-cu dəqiqədə Səbuhi Abdullazadə adını tabloya yazdırıb. “Köhlən atlar”da 89-cu dəqiqədə Riçard Almeyda fərqlənib.

“Şamaxı” – “Qəbələ” və “Sabah” – “Zirə” görüşləri qolsuz bərabərliklə başa çatıb. Beləliklə, Premyer Liqada avrokuboka dördüncü vəsiqə və elitanı tərk edəcək klub sonuncu – XXXVI turda müəyyənləşəcək.

Turnir cədvəli:

“Qarabağ” – 87 xal

“Sabah” – 81 xal

“Neftçi” – 65 xal

“Qəbələ” – 49 xal

“Zirə” – 47 xal

“Turan Tovuz” – 39 xal

“Kəpəz” – 30 xal

“Sumqayıt” – 28 xal

“Səbail” – 26 xal

“Şamaxı” – 25 xal

Qeyd edək ki, turun ilk matçında “Neftçi” “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…