60 baxış
Bu yazını paylaşın
Uncategorized

Pravoslav kafedral kilsəsinin keşişi: Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil

29 Noyabr 2020

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür edirəm. Prezident İlham Əliyev atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, işğal altında olan torpaqları azad etdi. Ən əsası, 30 il köçkün həyatı yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar. Həmin insanların doğulduqları yerlərə, öz doğma evlərinə qayıdarkən necə gözəl hisslər keçirəcəyini təsəvvür edə bilmirəm.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən Müqəddəs Jen-Mironosits Kafedral Kilsəsinin nümayəndəsi, protoiyerey Sergey Ferştant deyib.

Erməni vandallarının Azərbaycanın işğal olunmuş şəhərlərindəki məscidləri dağıtdığını, təhqir etdiklərini deyən protoiyerey bildirib: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil. Həmin insan nə Allaha, nə də şeytana inanır. O, yalnız dağıdır. Başa düşmür ki, buna görə sabah Allah onu cəzalandıracaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…