75 baxış
Bu yazını paylaşın
İctimai

Postpandemiya dövründə Azərbaycan turizminin əsas hədəfləri müəyyən edilib

04 Avqust 2022

Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası pandemiyadan sonra turizm sektorunun bərpasına yeni nəfəs verəcək.

TELEJURNAL xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev avqustun 4-də keçirilən “Postpandemiya dövründə Azərbaycan turizmi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Agentlik sədri strategiyanın icrasının ölkədə yeni turizm və rekreasiya zonaları yaradılmasına, daxili və gəlmə turizmində mövsümiliyin aradan qaldırılmasına və turizm sektorunun davamlı inkişafına dəstək olacağını bildirib.

Fuad Nağıyev Agentlik üçün postpandemiya dövründə turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi və şaxələndirilməsinin əsas fəaliyyət istiqamətlərindən biri olacağını qeyd edib.

Turizm sənayesi nümayəndələrinin ötən dövr ərzində səmərəli fəaliyyət göstərdiklərini və turizmin inkişafı istiqamətində görülən işlərdə yaxından iştirak etdiklərini qeyd edən Fuad Nağıyev turagentlikləri Azərbaycanı yenidən əcnəbi qonaqlar üçün seçilən turizm destinasiyasına çevirmək üçün aktiv fəaliyyət göstərməyə çağırıb.

Tədbir çərçivəsində ölkəyə səfər edən əcnəbilərin gəlmə statistikasını izləmək üçün Agentliyin rəsmi internet səhifəsində yerləşdirilən interaktiv panel bölməsinin təqdimatı keçirilib. DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin Statistika və araşdırmalar sektorunun müdiri Nicat Abbaslı toplantı iştirakçılarına ölkəyə səfər edən əcnəbi vətəndaşların sayı, cari ildəki vəziyyəti, ötən il və pandemiyadan əvvəlki dövr ilə müqayisəsini interaktiv paneldə nümayiş etdirib, informasiyaların tezliyi və əlçatanlığı haqqında ətraflı məlumat verib.

Eyni zamanda turizm sənayesi nümayəndələrinə “Turistlərin məmnunluğu və loyallığının təhlili” adlı araşdırma layihəsinin nəticələri təqdim olunub. Araşdırmaların Yaxın Şərq, Şimal-Şərqi Asiya, Cənubi Asiya və Amerika ölkələrindən olan turistlərə əsasən həyata keçirildiyi qeyd olunub.

Toplantının ikinci hissəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilib. Assambleya çərçivəsində Göydəniz Qəhrəmanov Assosiasiyanın yeni İdarə Heyəti sədri seçilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…