381 baxış
Bu yazını paylaşın
İctimai

Postmüharibə dövrü Dağlıq Qarabağ erməniləri özünü necə aparmalıdırlar.

06 Dekabr 2020

Yaqub Yaqubov
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin direktoru.

 

Azərbaycan 44 günlük müharibədən qələbə ilə çıxdı. Müharibənin gedişatı onu göstərdi ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir. Bunun formalaşmasında təbii ki, iqtisadi inkişafımızın töhfəsi vardır. Həm də biz gördük ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin ətrafında ölkəmizin siyasi qüvvələri, əhalinin bütün təbəqələri birləşdi. Xarici siyasətimizin düzgün təşkilinin nümunəsi o idi ki, biz praktiki dəstəyə üstünlük verdik. Türkiyə və Pakistanın mənəvi və siyasi dəstəyi Azərbaycan üçün çox önəmli oldu. Gürcüstanın ermənilərə gedən silah yardımına stop qoyması, gec də olsa İranın da eyni şəkildə hərəkət etməsi də öz sözünü dedi. Əlbəttə bu münaqişənin gedişində özünü qərəzli aparan dövlətlər də vardı. Məsələn, onların başında Fransa gəlir. Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdən birincisidir, desək yanılmarıq. Fransa özünü ATƏT Minsk Qrupunun həmsədri kimi deyil, ermənilərin tərəfdarı kimi apardı. Rusiyanın məsələlərə baxışı dövlət başçısının dediyi kimi daha məsuliyyətli oldu. Bununla belə təbii ki, Rusiya da öz maraqları kontekstindən çıxış edir.
Ermənistanın isə 30 ildir istismar etdiyi bir kütlə vardır. Dağlıq Qarabağ erməniləri. Dağlıq Qarabağ erməniləri kimdir? İlk öncə biz suala cavab verməliyik. Dağlıq Qarabağ ermənilərinin bir qismi 1836-cı il Alban Kilsəsinin ləğvindən sonra tədricən erməniləşdirilən albanlardan ibarətdir. Onlardan biri də məşhur Karen Şahnəzərovdur. Bunlar köklü erməni deyillər. Rusiya İmperiyasının siyasəti və ermənilərin də birbaşa iştirakı ilə erməniləşdiriliblər. Dağlıq Qarabağ ermənilərinin digər hissəsi isə 1813-1828-ci illərdə bölgəyə İran və Türkiyədən köçürülüblər. Erməni siyasi fikrinin utopiyası olan “böyük ermənistan”ın ən böyük qurbanları ilə Dağlıq Qarabağ erməniləri oldu. 1988-ci ildə Ermənistandan gələn emmisarların təbliğatı ilə separat çıxışlara başladılar. 1991-1993-cü illərdə Dağlıq Qarabağ və ətraf rayonların azərbaycanlı əhalisinə qarşı hərbi cinayətlər törətdilər. Amma bu gün onları ortaya salıb istismar edən Ermənistan məğlub bir durumdadır. Dağlıq Qarabağın ətrafında işğal edilmiş bütün ərazilər, o cümlədən Dağlıq Qarabağ əksər hisəsi Azərbaycan ordusunun tam nəzarətindədir. Xankəndi və bəzi bölgələrdə isə sülhü təmin etmək üçün rus sülhməramlıları yerləşdirilibdir. Əldə edilən razılaşma əsasında isə Dağlıq Qarabağdan bütün erməni silahlıları çıxacaqdır. Dağlıq Qarabağın heç bir statusundan söhbət gedə bilməz. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir. Türkiyə Azərbaycanın siyasi uğurlarının regional qarantı kimi çıxış edir. Bütün bunlardan sonra Dağlıq Qarabağdakı erməni icmasının ancaq bir yolu qalır. O da Azərbaycan qanunlarına tabe olmaq. Əks halda 30 illik heçnəsizlik yenə də onların aqibəti ola bilər. Dağlıq Qarabağ erməniləri 30 il ərzində öz soydaşlarının, Köçəryan və Sarqsyan klanlarının istismar vasitəsinə çevrildilər. Dağlıq Qarabağ ermənilərinin gələcəyi onların faşist ideyalarından imtinasına bağldır. Əgər bu ideyalardan imtina etsələr və normal vətəndaş cəmiyyətində yaşamağa hazır olsalar bütün ölkə vətəndaşları kimi məsud həyat yaşaya biləcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…