48 baxış
Bu yazını paylaşın
Dünya

Portuqaliya hərbçiləri Rusiya gəmisini müşayiət etməkdən imtina ediblər

14 Mart 2023

 

Madeyra adasında yerləşən Portuqaliya hərbi qulluqçuları Rusiya donanmasının gəmisini müşayiət etmək tapşırığını yerinə yetirmək üçün gəminin göyərtəsinə çıxmaqdan imtina ediblər.

TELEJURNAL xəbər verir ki, bu barədə çərşənbə axşamı “Radio e Televisão de Portugal” telekanalı məlumat yayıb.

Vrilən məlumata görə, insident şənbə günü, 13 əsgərin göstərişlərə əməl etmədiyi zaman baş verib. Onlar hadisəyə səbəb kimi, təhlükəsizlik şəraitinin olmaması və texniki məhdudiyyətlər, o cümlədən mühərrik otağına suyun daxil olması və mühərriklərdən birində problemlər olduğunu qeyd ediblər.

Öz növbəsində Portuqaliya Hərbi Dəniz Qüvvələri həyata keçirəcəkləri missiyanın qısamüddətli olduğuna, sahilə yaxın və həmin vaxt yaxşı hava şəraiti olduğunu bildirib. Hərbi Dəniz Qüvvələri hesab edir ki, 13 əsgər öz vəzifələrini yerinə yetirməyib və səlahiyyətlərinə aid olmayan funksiyaları öz üzərinə götürüb. İndi onlar itaətsizliyin nəticələri ilə üzləşə bilərlər.

Portuqaliyalı hərbçilərin hansı gəmini müşayiət etməyi planlaşdırdığı açıqlanmır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…