30 baxış
Bu yazını paylaşın
Dünya

Polşanın şimalında 8 min nasizm qurbanının qalıqları aşkarlanıb.

14 İyul 2022

Polşada keçmiş nasist əsir düşərgəsi yaxınlığında 17,5 ton ağırlığında insan qalıqları aşkarlanıb.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, Varşavadan 150 kilometr şimalda İlovo-Osada adlı meşə massivində aşkarlanan insan qalıqlarının 1939-cu ildə qətlə yetirilmiş Polşa elitasının nümayəndələrinə aid olduğu güman olunur. Polşa Milli Xatirə İnstitutunun nümayəndəsi Tomaş Yankovski mətbuata açıqlamasında bildirib ki, bu ərazidə yerləşən Soldau düşərgəsi İkinci dünya müharibəsi illərində yaradılıb və hərbi əsirlərlə yanaşı nasional-sosializmin əleyhdarları, Polşa elitasının üzvləri və yəhudilərin saxlandığı və məhv edildiyi məkan olub.

Tarixi faktlara əsasən, 1944-cü ildə düşərgənin məzarlığında dəfn edilmiş şəxslərin qalıqları çıxarılaraq, nasistlərin cinayət əməllərini ört-basdır etmək üçün yandırılıb. Soldau düşərgəsində ümumilikdə 30 min insan qətlə yetirilib. Aşkar edilmiş yeni məzarlıqda təxminən səkkiz min insanın qalıqlarının olduğu güman edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…