29 baxış
Bu yazını paylaşın
Dünya

Polşa “Vaqner”ə və Rusiyaya görə ordusunun şəxsi heyətini iki dəfə artırır

28 İyul 2023

Polşa “Vaqner” Xüsusi Hərbi Şirkəti yaraqlılarının və Belarusdakı Rusiya əsgərlərinin fəallığı fonunda yaxın gələcəkdə özünün nizami ordusunu demək olar, iki dəfə artırmaq niyyətindədir.

TELEJURNAL  “Polskie Radio”ya istinadən xəbər verir ki, bunu Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski deyib.

Baş nazirin müavininin sözlərinə görə, ölkədə hazırkı üç diviziya əvəzinə yeddi diviziya yaradılacaq, onlardan altısı döyüş, yeddincisi isə ehtiyatda olacaq.

“Biz hərbi hissələri bərpa edirik, yenilərini yaradırıq. İndi yenisi – altıncı diviziya yaradılır”, – Kaçinski deyib.

O, həmçinin vurğulayıb ki, Varşava NATO-nun şərq cinahında sipər olmaq üçün Avropanın ən güclü quru ordusunu yaratmağa çalışır.

Qeyd edək ki, bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqnerçi”lərin Varşavaya getmək istədiklərini etiraf edib. “Onlar “Qərbə getmək istəyirik. İcazə verin” deyirlər. Deyirəm, Qərbə getməyə nə ehtiyac var? Yaxşı, Varşavaya, Jeşuvaya ekskursiyaya gedin”, – o deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…