64 baxış
Bu yazını paylaşın
Dünya

Polşa “Qazprom”u 7.6 milyard dollar məbləğində cərimələdi

07 Oktyabr 2020

Polşanın antiinhisar tənzimləyicisi “UOKiK” “Qazprom” və “Şimal Axını 2” qaz boru kəmərinin inşasında iştirak edən digər beş şirkəti boru kəmərinin qurumun razılığı olmadan çəkildiyi üçün müvafiq olaraq 7.6 milyard və 61 milyon dollar məbləğində cərimələyib.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, qurumun Twitter hesabında verilən məlumata görə, “Şimal Axını 2” boru kəmərinin tikintisini maliyyələşdirmək üçün bağlanan müqavilələrə xitam verilməsi barədə əmr verilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, “Qazprom” şirkətinin sözügedən qərara cavab tədbirləri görəcəyinə əmin olduğunu bildirib.

Qazprom şirkəti isə bu gün verdiyi açıqlamada  şirkətin Polşa antiinhisar tənzimləyicisi “UOKiK”in son qərarı ilə əsaslı şəkildə razılaşmadığını və apellyasiya hüququndan istifadə edəcəyini açıqlayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…