15 baxış
Bu yazını paylaşın
Siyasi

Politoloq: Qoşulmama Hərəkatının institusional inkişafı baxımından parlament şəbəkəsinin yaradılması zamanın çağırışıdır

07 İyul 2022

Bakı, 7 iyul, TELEJURNAL AZƏRTAC istinadən xəbər verir ki,

İkinci Dünya müharibəsinin bitməsinin ardından hərbi-siyasi bloklaşmaların acı fəsadları fonunda sülhün və təhlükəsizliyin əhəmiyyətini daha dərindən dərk edən dünya dövlətləri qoşulmama ideyası ətrafında birləşməyə meyl etdilər. Belə ki, Qoşulmama Hərəkatı Soyuq müharibə dövründə nə ABŞ, nə də Sovet İttifaqı ilə rəsmi şəkildə birləşməyə çalışmayan, lakin müstəqil və ya bitərəf qalmağa çalışan dövlətlərin təşkilatı kimi yaradılıb. Təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanan Qoşulmama Hərəkatının prinsipləri ilə Azərbaycanın xarici siyasətində prinsipial kimi müəyyənləşdirilən dəyərlərin eyniliyi BMT-dən sonra dünya dövlətlərinin toplandığı ikinci mötəbər qurumla münasibətlərimizin daha da dərinləşdirilməsində əsas fundamental amil oldu. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərini milli təhlükəsizlik maraqları kontekstində qurub. Çünki enerji siyasətimiz kimi xarici siyasətimiz də çoxvektorludur. Şübhəsiz ki, bu siyasət də Azərbaycana müxtəlif güc mərkəzləri arasında özünün milli maraqlarından çıxış edərək manevrlər etməyə imkan yaradır. Azərbaycanın nümunəvi sədrliyi ilə irəli sürdüyü təşəbbüslər müxtəlif tarixi, siyasi və mədəni inkişaf yoluna malik 120 ölkəni özündə birləşdirən Qoşulma Hərəkatına nüfuz qazandırır. Məhz bu effektiv sədrliyə görə 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi Azərbaycanın sədrlik müddəti uzadılmış oldu. Bu faktın özü dünya siyasi arenasında Azərbaycanın çəkisinə, onun liderinin şəxsi nüfuzuna verilən yüksək dəyərin əyani təzahür formasıdır.

Bunu açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

O bildirib ki, müasir dünyanın gətirmiş olduğu çağırışlar fonunda dövlətimizin başçısı hər zaman dünya dövlətləri arasında həmrəyliyin gücləndirilməsi məsələsinə diqqət çəkir. 2011-ci ildə Qoşulmama Hərəkatına qoşulduqdan sonra Azərbaycan dövlətlər arasında həmrəylik, qarşılıqlı dəstəyə önəm verən, eyni zamanda, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə kimi Bandunq prinsiplərini hər zaman yeganə əsas kimi qəbul edir. Azərbaycan Prezidenti bütün beynəlxalq platformalarda dünya dövlətlərini beynəlxalq hüququnun aliliyinin əsas götürülməli olduğuna, qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin olduğu bir vaxtda həm də ərazi, enerji, humanitar böhranlarla əlaqədar olaraq həmrəylik və vahid mövqenin birləşdirilməli olduğuna hər zaman böyük diqqət ayırır.

Politoloq qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaş olduğundan sıx işbirliyi etdiyi beynəlxalq təşkilatların özlərinin də nüfuzlarının artmasına dərindən töhfə verən ölkədir. Belə ki, qısa zaman çərçivəsində dövlətimizin başçısının dünya siyasi arenasına yaxından bələd olması və şəxsi nüfuzu sayəsində ölkəmizin böyük etimad və hörmət qazandığı qədər Hərəkatın da dünyada nüfuzunun artmasında Azərbaycan əhəmiyyətli rol oynadı. Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan sonra bütün mərhələlərdə yeni təşəbbüslər irəli sürən ölkədir. Hərəkatın institusional inkişafı baxımından Parlament şəbəkəsinin, Gənclər Şəbəkəsinin, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması məhz Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslərdir.

Parlament diplomatiyasının son illərdə aktuallıq kəsb etməsinin səbəbi isə heç şübhəsiz ki, qloballaşan dünyada zamanın əlamətidir. Milli və xarici əlaqələr arasında sərhədlərin getdikcə daha çox silinməyə doğru getməsi o deməkdir ki, parlamentarilər qarşılarına qoyulan məsələlərə qlobal düşüncə ilə baxmalıdırlar. Müvafiq olaraq, beynəlxalq parlament təmaslarının əhəmiyyəti artır və yaxın illərdə bu əlaqələrin dayandırılması, qarşısının alınması mümkün deyil. Məhz bu qarşısıalınmaz, zamanın çağırışı olan məsələyə Azərbaycan Prezidenti İlham Əliyev zamanın nəbzini tutaraq vaxtında önəm verdi.

Ş.Həsənovanın sözlərinə görə, “Parlament diplomatiyası” ölkələr arasında qarşılıqlı anlaşmanı artırmaq, hökumətə nəzarəti təkmilləşdirmək, öz xalqını təmsil etmək məqsədilə parlament üzvlərinin həyata keçirdikləri beynəlxalq fəaliyyətlərin geniş spektrini təsvir etmək, hökumətlərarası institutların demokratik legitimliyini artırmaq üçün istifadə edilən ümumi termindir. Bu baxımdan da parlamentlər başa düşürlər ki, onlar artıq hökumətlərin xaricdə fəaliyyət üçün yeganə rəhbərliyi və məsuliyyəti öz üzərinə götürməsini gözləyə bilməzlər. Müasir dünyada çoxşaxəli yanaşma tələb edən mürəkkəb problemlərin həllində hər zamankindən daha çox ayrı-ayrılıqda parlamentarilər, institutlar kimi isə parlamentlər öz paylarını verməyə çağırılır. Bu gün parlament diplomatiyası xarici siyasətdə köməkçi alət kimi istifadə olunur, parlamentlər xarici məsələlərdə oynadıqları rolla bağlı mürəkkəb və çoxşaxəli məsələləri təmsil edirlər. Bu baxımdan da Prezident İlham Əliyev iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında çıxış edərkən nitqinin əvvəlində Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü kimi parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə önəm daşıdığını yaxşı bildiyini vurğulaması müasir dünya düzəninin müxtəlif qlobal çağırışlarla məşğul olarkən parlament diplomatiyasının, son vaxtlar parlamentlərin artan rolu, onların xarici siyasət və beynəlxalq münasibətlər məsələlərinə cəlb olunması ilə inkişaf etdirilməsi, diplomatiyanın mühüm perspektivli və alternativ forması kimi aktuallıq kəsb etməsi ilə bağlıdır.

“Böyük ədalətsizliklə üzləşmiş ölkə olsaq da, millətimiz etnik təmizləməyə, torpaqlarımız barbarlıq və vandalizmə məruz qalsa da dövlətimizin başçısı çıxışında Azərbaycanın sadəcə regional məsələlərə deyil, həm də qlobal məsələlərə həssas yanaşdığını, onlarla bağlı öz mövqeyini nümayiş etdirdiyini ifadə etməsi, bu baxımdan dünyaya verdiyimiz mesajlar Azərbaycanın dünyada sülh, təhlükəsizlik və ədalətin təntənəsi üçün bütün alətlərdən istifadə edən dövlət olması haqqında dünyada beynəlxalq ictimai rəy yaratması ilə birləşdi. Peyvənd millətçiliyinə qarşı mübarizəmiz, düşünürəm ki, dünya dövlətlərinin nümunə götürməli olduğu məsələdir. Azərbaycanın verdiyi töhfələr bununla kifayətlənmir. Biz əməldə də konkret işlər ortaya qoyduq. Belə ki, 80-dən çox ölkəni maliyyə və humanitar yardımla təmin etməklə yanaşı, eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etdi ki, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılıb. Ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanın yaratdığı məlumat bazasından istifadə etməyə başlaması dövlətimizin bu məsələlərdə sistemli, koordinasiyalı, effektiv və nəticə etibarilə bütün bəşəriyyət üçün faydalı iş görməsindən, doğru siyasət yürütməsindən xəbər verir”, – deyə politoloq diqqətə çatdırıb.

O əlavə edib ki, bir tərəfdə imici yüksək olan, sülhü təşviq edən Azərbaycanın, digər tərəfdə isə işğalçılıq siyasəti yürüdən Ermənistanın imici də Qoşulmama Hərəkatına üzv dövlətlərə yaxşı məlumdur. Məhz buna görə də BMT Təhlükəsizlik Şurası səviyyəsində Azərbaycanın əleyhinə olan qətnamənin qəbul olunmasına Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin anti-Azərbaycan mahiyyətli bəyanatı bloklaması son illərdə Qoşulmama Hərəkatı ilə sıx təmasların qurulmasının hansı nəticələrə hesablandığından xəbər verir. Məhz bu məqamda onu bildirmək yerinə düşür ki, zamanında Qoşulmama Hərəkatı ilə əlaqələrin inkişafına skeptik yanaşanlar belə dövlətimizin başçısının olduqca geniş vizyona sahib olduğunu qəbul və etiraf etmək məcburiyyətində qaldılar.

“Prezident İlham Əliyev haqlı olaraq Ermənistanın beynəlxalq hüququ heçə sayması, ona qarşı sanksiyaların olmamasını beynəlxalq riyakarlıq adlandırdı. Məhz bu amil Ermənistanın qanunsuz əməllərinə rəvac verir, haqq qazandırırdı. İndi isə regionda yeni reallıq yaradılıb. Bu reallığın tərkibində isə nə dırnaqarası status yoxdur, nə də ATƏT-in Minsk qrupu. Bunu Ermənistan da, ona havadarlıq edən, gerçəkliyi görməyə süni maneələr yaradan qüvvələr də aydın dərk etməlidir.

Sədrlik müddətinin daha bir il artırılması isə məhz Azərbaycanın fəaliyyətinin ən yüksək formada dəyərləndirilməsi idi. Qalib ölkə olmaq, sonrasında isə təşəbbüskarlığı əlində saxlamaq asan məsələ deyil. Azərbaycan isə atdığı hər addımda bunu uğurla icra edir”, – deyən Şəbnəm Həsənova fikirlərini yekunlaşdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…