231 baxış
Bu yazını paylaşın
Siyasi

Politoloq: “İranla sənədin imzalanması alternativ kommunikasiyaların yaradılmasında vacib addımdır”

14 Mart 2022

“Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün prinsipial məsələdir. Bu, ilk növbədə, tarixi ədalət və geosiyasi məqsədyönlülük məsələsidir”.

“TELEJURNAL”“Report”a istinadən xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Azərbaycan və İran arasında Anlaşma Memorandumunun imzalanmasını şərh edərkən bildirib.

O deyib ki, İranla Anlaşma Memorandumunun imzalanması alternativ kommunikasiyaların yaradılması yolunda vacib addımdır, amma bu, Zəngəzur dəhlizinin alternativi deyil: “Zəngəzur dəhlizi təkcə nəqliyyat məsələsi deyil, bu həm də tarix məsələdir. İranla razılaşmanın imzalanması bir növ sırf texniki xarakterli problemlərdən yayınmağa imkan verən şərtlərdir”.

Onun sözlərinə görə, əgər ermənilər öz tərəflərindən kommunikasiyaları açmağa tələsmirlərsə, bunu İranla edərik: “Lakin İran ərazisindən keçən yolla, bir vaxtlar azərbaycanlıların məskunlaşdığı və 30 il əvvəl qovulmuş olduqları yaşayış məntəqələrindən keçən yol eyni deyil. Ermənistan tərəfi nə qədər marşrut dəyişsə də, sxem və smetalar üzərində “oynasa da”, bu, qaçılmaz bir şeyin qarşısını ala bilməz. Zəngəzur dəhlizi olacaq və artıq heç kim və heç nə bunun qarşısını ala bilməz”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…