23 baxış
Bu yazını paylaşın
Dünya

Politoloq: “İran ali rəhbərinin Zəngəzur dəhlizi ilə bağlı fikirləri cəfəngiyyatdır”.

20 İyul 2022

“İranın ali rəhbəri Əli Xameneinin səsləndirdiyi fikirlər tam əsassızdır. Bu bir ittihamdır. Əli Xameneinin bəyanatından elə çıxır ki, Azərbaycan Ermənistanla İran arasındakı sərhədin önünü kəsmək niyyətindədir. Azərbaycandan kim İranla Ermənistan arasındakı sərhədin bağlanması barədə çıxış edib? Bu, cəfəngiyyatdır. Zəngəzur dəhlizinin reallaşdırılması heç də İranla Ermənistan sərhədinin bağlanması demək deyil”.

Bunu TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, politoloq İlqar Vəlizadə bildirib.

Onun fikrincə, bununla belə İran Zəngəzur dəhlizinin qarşısını alan əsas ölkə deyil: “Mən bu yanaşmanı dəstəkləməzdim. Ümumiyyətlə İran rəsmisinin bu cür bəyanatla çıxış etməsi boş bir ittihamdır. İranda bəzi dairələr prosesləri qavramırlar. Çünki Azərbaycan digər ölkələrlə birlikdə irimiqyaslı layihələr həyata keçirir. İşğaldan azad olunan ərazilərdə yeni infrastrukturun yaradılması İranda kimisə narahat edir. Başa düşmürlər ki, yeni infrastrukturun yaradılması İranın da xeyrinədir. Çünki İran illərdir Cənubi Qafqaz ölkələri, xüsusilə Ermənistanla normal nəqliyyat əlaqəsi yarada bilməyib. Vaxtilə xüsusilə Culfada dəmiryolu işləyirdi ki, bu birbaşa İranla Ermənistanı birləşdirən kommunikasiya xətti idi”.

Siyasi şərhçi deyib ki, indi bu kommunikasiyalar bərpa olunur: “Bundan digər iştirakçıların da istifadə etmək haqqı var. Bu, Türkiyədir, Mərkəzi Asiya ölkələridir və s. Bu Azərbaycanla yanaşı onların da nüfuzunu artırır. Ermənistanı isə daha da arxa plana atır”.

Politoloqun sözlərinə görə, ümumiyyətlə kimlərsə Azərbaycanla İran arasında destruktiv proseslərin yaranmasında maraqlıdır və Ə.Xameneiyə yalnış məsləhətlər verirlər.

İ.Vəlizadə vurğulayıb ki, hazırkı regional proseslərdə əsas məqsəd iştirakçıları bir nöqtəyə kökləməklə müxtəlif problemlərin, o cümlədən ekoloji problemlərin həllinə dəvət etmək olmalıdır, problemlərdən fikirləri yayındırmaq yox.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…