274 baxış
Bu yazını paylaşın
Siyasi

Politoloq: Azərbaycanın beynəlxalq arenada yeri və rolu yüksəlir

09 Mart 2022

Bu gün Azərbaycan bütün dünyada beynəlxalq hüququn fundamental norma və prinsiplərini müdafiə edən etibarlı tərəfdaş imici formalaşdırıb. Ukrayna böhranından sonra Azərbaycanın dünya üçün əhəmiyyəti bir qədər də artıb. Nəzərə alaq ki, hələ Ukrayna böhranından əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri  açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Azərbaycan regional və qlobal geosiyasi aktorlarla balanslaşdırılmış siyasət yürüdür. Şuşa və Moskva bəyannamələri sayəsində Türkiyə və Rusiya kimi nəhəng ölkələrlə müttəfiqlik münasibətlərinin qurulması ilə yanaşı, Avropa İttifaqının da ölkəmizə diqqəti artmaqdadır. Enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə qalxıb. Nəzərə almaq lazımdır ki, Ukrayna böhranı başlayandan sonra Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib, sonra isə diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar məktub göndərib.
“Azərbaycanın beynəlxalq arenada yeri və rolu getdikcə yüksəlir. Ümumiyyətlə, son dövrlərdə dünyanın aparıcı ölkələrinin rəhbərlərinin Prezident İlham Əliyevə məktubları, telefon zəngləri və görüşlər dövlətimizin başçısının dünyada böyük nüfuz sahibi olmasından xəbər verir. Rusiya və Ukrayna prezidentləri də dövlətimizin başçısı ilə telefonla danışıblar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfəri ilə yanaşı, Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıblar. İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin dövlətimizin başçısına zəngi və Prezident İlham Əliyevin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul etməsi Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində rolunun gücləndiyini nümayiş etdirir. Qısa zaman kəsiyində baş verən hərəkətlilik Azərbaycanın dünya və region üçün necə əhəmiyyətli bir dövlətə çevrildiyini göstərir”, – deyə İlyas Hüseynov qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…