60 baxış
Bu yazını paylaşın
Siyasi

Politoloq: “Azərbaycan-Rusiya əməkdaşlığı yeni səviyyəyə qalxır”

22 Aprel 2022

“Azərbaycanla Rusiya arasında Müttəfiqlik Fəaliyyəti Bəyannaməsi iki ölkə arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq”.

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Sergey Markov bildirib.

“Fevral ayının sonunda Azərbaycanla Rusiya arasında imzalanmış Müttəfiqlik Fəıaliyyəti Bəyannaməsi iki ölkə arasında əməkdaşlığı yeni səviyyəyə qaldıracaq. Ölkələrimizin prezidentləri dosdurlar. Ölkələr arasında diplomatik münasibətlərin 30 illiyidir, amma xalqlarımızın dostluğu əsrlərdir davam edir”,- o deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyanın bir-birinə zidd mövqedə olan ölkələrlə belə “heyrətamiz əlaqələndirmə” göstərən dahi liderlərindən biridir: “Prezident İlham Əliyev Azərbaycana möhtəşəm qələbələr bəxş etmiş, diplomatik uğurlar təmin edən dahi dövlət xadimidir”.

Xatırladaq ki, fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əlievlə Vladimir Putin Müttəfiqlik Fəaliyyəti Bəyannaməsi imzalayıblar. Bu sənəddə müxtəlif sahələrə dair 40-dan çox müddəa var.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…