21 baxış
Bu yazını paylaşın
Siyasi

Politoloq: “ABŞ regionun gələcəyinin Azərbaycandan asılı olduğunu anlayır”

30 Mart 2022

“ABŞ-ın Ermənistana ayırdığı maliyyə vəsaitini ciddi şəkildə azaltması təsadüfi deyil və köklü səbəbləri var”.

Bunu “TELEJURNAL” Report-a istinadən xəbər verir ki, açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.

O söyləyib ki, bir müddət əvvəl Ermənistanın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyi barədə faktlar ortaya çıxıb. Siyasi icmalçı xatırladıb ki, ABŞ Prezidenti Cozef Bayden müharibədə Moskvaya kömək edən ölkələrlə bağlı ciddi tədbirlər görüləcəyini açıq formada bəyan etmişdi: “Görünür, Vaşinqtonun İrəvana ayırdığı maliyyə vəsatinin həcmindəki dəyişiklik məhz bununla bağlıdır. Hər halda Ermənistanın Kremlin təsirindən çıxa bilmədiyini, onun “çaldığı havanı oynadığını” hər kəs, o cümlədən Vaşinqtonda da görürlər. Əslində, Ermənistanın Rusiyanın təsirindən çıxması mümkün deyil. Çünki orada Kremlin hərbi bazası var. Həmçinin Ermənistan iqtisadiyyatı məhz Rusiyadan asılıdır. Odur ki Nikol Paşinyan hakimiyyəti Qərblə Rusiya arasında hər nə qədər manevr etməyə çalışsa da, bu, bumeranq effekti verir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…