33 baxış
Bu yazını paylaşın
Siyasi

Politoloq: “ABŞ Prezidentinin təbriki Azərbaycanla münasibətlərin ruhunu əks etdirir”

21 Mart 2022

“ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi ikitərəfli münasibətlərin ruhunu tam şəkildə əks etdirir”.

Bunu “TELEJURNAL”  Report-a istinadən xəbər verir.

“Təbrik ikitərəfli münasibətlərin ruhunu tam şəkildə əks etdirir. Bu, Prezident Əliyevin bir çox proseslərin sabitləşməsində göstərdiyi səylərə verilən qiymətdir”, – o deyib.

Politoloq Azərbaycanın regional problemlərin həllində qibtə ediləcək manevr qabiliyyəti nümayiş etdirdiyini, həmçinin ümumilikdə sülh və sabitliyin inkişafına töhfə verdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan hər zaman sülhməramlı missiyaların yerinə yetirilməsinə kömək edib və məhz bu səbəbdən ölkənin mövqeyi aydındır: “Bu mövqe dünyanın qabaqcıl oyunçularının böyük rəğbətini qazanıb. Müharibədən sonra yaranmış reallıqda biz hətta, təxminən, 30 il ərzində bütün regionu gərginlik altında saxlamış və danışıqları pozmaqla məşğul olmuş Ermənistana belə yardım əlimizi uzatmağa hazırıq. Azərbaycan hər şeyi qaydasına saldı. Buna görə də, hazırda həm regional əməkdaşlıq, həm də inteqrasiya ilə bağlı bütün məsələlərə rəsmi Bakı nəzarət edir”.

O, ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın yüksək potensialına layiqli dəyər verdiyini vurğulayıb.

“Bu yaxınlarda Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olundu. Bu münasibətlər tamamilə effektivdir. Həm rəsmi Bakı, həm də Vaşinqton regional və ikitərəfli əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindədir”, -T. Abbasov diqqətə çatdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…