35 baxış
Bu yazını paylaşın
İdman

Polina Rəhimova: “Milliyə Avropa çempionatında kömək etmək üçün qayıtdım”

20 İyul 2023

“Komandaya Avropa çempionatında uğurlu nəticə qazanmaqda kömək etmək üçün yenidən buradayam”.

TELEJURNAL -ın məlumatına görə, bunu Azərbaycan millisinin qadın voleybolçusu Polina Rəhimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Üç ildən sonra yığmaya qayıdan 33 yaşlı oyunçu federasiyanın yeni rəhbərliyinin ona etimad göstərdiyini bildirib: “Mayda əməliyyat olunmuşdum, hazırda özümü yaxşı hiss edirəm. Bacardığım qədər komandaya kömək etməyə çalışacağam, yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz mümkün qədər uğurlu çıxış etməkdir. Avropa çempionatında oyunlarımıza bir ay vaxt qalıb”.

Təcrübəli voleybolçu onları dəstəkləyən hər kəsə təşəkkür etdiyini söyləyib. “Yenidən milliyə qayıtdığım üçün fanatların bu qədər sevinməsinə görə şadam. Çox adam mənə yazdı, dəstəyini bildirdi. Bu isti qarşılanmaya görə hər kəsə təşəkkürümü bildirirəm, çox sağ olun. Hər kəsi oyunlara baxmağa dəvət edirəm, gəlin, bizə dəstək olun. Azərbaycan voleybolunu birgə inkişaf etdirək”.

Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…