15 baxış
Bu yazını paylaşın
Siyasi

Podolyak Vatikanın Ukrayna böhranı üzrə vasitəçilik missiyasının şərtlərini açıqlayıb

27 May 2023

Vatikan Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, eləcə də ukraynalı hərbi əsirlərin, mülki məhbusların və uşaqların geri qaytarılması məsələsini təşviq edərsə, rəsmi Kiyev Roma Papasının sülh təşəbbüsünü dəstəkləyəcək.

Telejurnal  xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, bu şərtlər hələ Vatikanın Ukrayna münaqişəsinin həlli üzrə missiyasına başlamazdan əvvəl rəsmi Kiyev tərəfindən irəli sürülüb.

“Müqəddəs Taxt-tacın məsələyə fərqli baxışı varsa, təəssüf ki, bu, yalnız böhranı daha da dərinləşdirəcək və Rusiyanı aqressiv hərəkətlərinə davam etməyə təhrik edəcək. İstənilən nizamlanma səyi Ukraynanın ərazi bütövlüyünə əsaslanmalıdır”, – M.Podolyak deyib.

Xatırladaq ki, bir həftə əvvəl Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni Vatikanda akkreditə olunmuş jurnalistlərə bildirmişdi ki, Roma Papası Fransisk kardinal Matteo Zuppiyə Ukraynadakı münaqişədə gərginliyin azaldılmasına töhfə verəcək missiyanı yerinə yetirməyi tapşırıb. Eyni zamanda, Vatikan rəsmisi qeyd edib ki, hazırda bu missiyanın müddəti və şərtləri hələ öyrənilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…