55 baxış
Bu yazını paylaşın
Siyasi

“Plan həm də işğalçıların oradan çıxarılmasını nəzərdə tutur” – İran XİN rəhbəri

02 Noyabr 2020

“İran Dağlıq Qarabağ bölgəsində gərginlik başlayandan etibarən Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə kimi regional ölkələrlə danışıqlar aparır”.

“telejurnal”ın “İRİB” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Müharibə daha çox bölgə ölkələrinə ziyan vuracaq və inanırıq ki, məhz bu səbəbdən bölgə ölkələri müharibəni bitirmək üçün ən böyük təsiri göstərə bilər. Bu çərçivədə və Minsk kimi digər mexanizmlərlə dialoqları və hədəfləri izlədik.

Planımızın vacib xüsusiyyətlərindən biri də onun müvəqqəti atəşkəslə əlaqəli olmamasıdır. Əksinə, hər iki tərəfin bəzi prinsiplərə sadiq qalması ilə başlayacaq bir çərçivədə fərqləri həll etməyə doğru irəliləməkdir. Tədbirlər xüsusən işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutur”, – deyə XİN rəhbəri qeyd edib.

Zərif bildirib ki, insan hüquqlarının təmin edilməsi, gediş-gəliş yollarının yaradılması və bölgə ölkələrinin sülh planının icrası prosesi üzərində nəzarət Tehranın təşəbbüsünün digər məqamları arasındadır.

O qeyd edib ki, İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycan, Ermənistan, Rusiya və Türkiyəyə plan təklif edib və hazırda İran bu ölkələrin ona cavabını gözləyir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…