44 baxış
Bu yazını paylaşın
Uncategorized

PKK terrorçularının Ermənistan ordusuna qoşulması sübuta yetirildi

29 Noyabr 2020
Layika Gültekin

Layika Gültekin

PKK terror təşkilatı üzvlərinin bir qədər əvvəl Qarabağda ermənilər tərəfindən Azərbaycana qarşı döyüşmələrinə dair yeni faktlar üzə çıxıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

PKK/KCK terror qruplaşmasının qırmızı kateqoriyada axtarışa verilən qadın təşkilatının rəhbərlərindən biri Layika Gültekin bununla bağlı bir sıra etirafedici ifadələr işlədib. “Qarabağa gedib, erməni əsgərləri ilə birlikdə vuruşuruq. Erməni xalqının istədiyi vaxt yanında oluruq”, – deyən Gültekin terrorçuların bir müddət əvvəl Azərbaycana qarşı mübarizə apardıqlarını bildirib.

Bütün bunlara rəğmən Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan Bəyanatdan əvvəl PKK terrorçularının Ermənistan döyüşçüləri sıralarında olduğu bir daha sübuta yetirilib.

Təhlükəsizlik orqanlarındakı mənbələr Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları səbəbi ilə terror təşkilatından qaçanların sayının artdığını və təşkilat daxilində böyük parçalanmanın olduğunu bildiriblər. Qeyd edilir ki, PKK-ya qoşulanların sayı azalıb. Terrorçular ikinci Qarabağ müharibəsində Ermənistanın tərəfinə keçdiklərini bildiriblər. Onlar bunun müqabilində rəsmi Yerevanın Şimali İraqda PKK-ya dəstək verməsini istəyiblər.

Xatırladaq ki, Vətən müharibəsi zamanı Ermənistan dəfələrlə Azərbaycanı guya Qarabağda əcnəbi muzdlulardan istifadə etməkdə ittiham edib. Düşmənin 44 gündə yalan məlumatlarla informasiya müharibəsindəki bu cür hücum cəhdlərinin əsl səbəbləri getdikcə daha aydın şəkildə ortaya çıxır – PKK terrorçularından istifadəni ört-basdır etmək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…