41 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Pirallahı rayon sakinləri Cəfər Əskərov, Zahid Nəbiyev və Siyəzən rayon sakini Xəyal Babayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

X.Mirzəyevin sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı, Xaçmaz, Siyəzən rayonları akvatoriyasından və Şəmkir su anbarından ümumilikdə 1190 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…