25 baxış
Bu yazını paylaşın
Dünya

Pilotsuz taksi ABŞ-ın ictimai yollarında sınaqdan keçiriləcək.

20 İyul 2022

“Amazon” korporasiyasına məxsus “Zoox” kompaniyası istehsal etdiyi pilotsuz taksini ABŞ-ın ictimai yollarda sınaqdan keçirmək niyyətindədir.

TELEJURNAL. az  AZƏRTAC-a  istinadla xəbər verir ki, kompaniya Kaliforniya yollarında pilotsuz elektrik avtomobilindən istifadə etmək üçün müvafiq orqanlara müraciət ünvanlayıb.

“Zoox” kompaniyasının həmtəsisçisi və baş mühəndisi Cessi Levison Frimont şəhərindəki zavodda on minlərlə avtomobil istehsal etməyə qadir olduqlarını deyib. O, həmçinin ABŞ iqtisadiyyatında mövcud tənəzzülün kompaniyanın işinə təsir göstərmədiyini və rəhbərliyin 2023-cü ilin əvvəlinədək işçi qüvvəsini 600 nəfər artıracağını bildirib.

Kompaniya elektriklə işləyən avtomobilini ilk dəfə 2020-ci ilin dekabrında ictimaiyyətə təqdim edib. Dörd sərnişin üçün nəzərdə tutulan VH6 pilotsuz elektrokarda sükan və pedallar yoxdur. Kompaniyanın məlumatına görə, süni intellektlə idarə olunan taksi saatda maksimum 120 kilometr sürətlə hərəkət edə və bir dəfə doldurulma ilə 16 saata qədər işləyə bilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…