19 baxış
Bu yazını paylaşın
Dünya

“P&G” Türkiyə və Azərbaycanda yeni vəzifə təyinatları edib

04 İyul 2023

36 ilə yaxın Türkiyədə və 25 il Azərbaycanda fəaliyyət göstərən, istehlakçılara “Fairy”, “Ariel”, “Pampers”, “Gillette”, “Oral-B”, “Head & Shoulders”, “Pantene”, “Safeguard”, “Old Spice” və “Always” kimi 15-dən artıq gigiyena və təmizlik məhsulları brendi ilə xidmət göstərən “Procter & Gamble” (“P&G”) şirkətində iki rəhbər vəzifəyə yeni təyinat olub.

“P&G”nin Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor olan Değer Kurtaslanoğlu yeni vəzifəyə – Türkiyə, Qafqaz və Orta Asiya Respublikaları üzrə Kommersiya Əməliyyatları üzrə Vitse-Prezident vəzifəsinə təyin edilib.

Hazırda “P&G” Qafqaz və Orta Asiya Respublikaları üzrə Korporativ Bazar Strategiyası və Planlaşdırma Direktoru olan İrakli Qabriadze “P&G”nin Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor vəzifəsinə təyinat alıb.

Türkiyənin Orta Şərq Texniki Universitetində Biznesin İdarə Edilməsi üzrə bakalavr dərəcəsi alan D.Kurtaslanoğlu karyerasına 2000-ci ildə “P&G Türkiyə”də Regional Menecer kimi başlayıb. Treyd-Marketinq Meneceri, “P&G Türkiyə” Müştərilərlə iş üzrə Qrup Meneceri, “P&G Türkiyə” Milli və Birbaşa Müştəriləri üzrə Direktor, “P&G Türkiyə / Şimali Kipr” Distribüter Əməliyyatları və müştəriləri üzrə direktoru kimi vəzifələrdə çalışıb

Karyerasına 2005-ci ildə “P&G Azərbaycan”da Regional Menecer kimi başlayan İ.Qabriadze Qafqaz Distribüter Əməliyyatları Meneceri, Qafqaz Korporativ Treyd-Marketinq Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Meneceri, Cenevrədə P&G Yaxın Şərq və Afrika Strategiya və Planlaşdırılması Meneceri, Qafqaz Bazar Strategiyası və Planlaşdırma Direktoru, “P&G Yaponiya” Davamlı İnkişaf Lideri və Braun Direktoru kimi vəzifələrdə çalışıb. İrakli ABŞ-nin FLEX proqramı məzunudur (2001), Qafqaz Biznes Məktəbində beynəlxalq biznes üzrə bakalavr dərəcəsi alıb və 2022-ci ilin iyun ayından “P&G” Qafqaz və Orta Asiya Respublikaları üzrə Biznesin İnkişafı Direktoru vəzifəsində çalışıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…