271 baxış
Bu yazını paylaşın
Siyasi

Peter Siyarto: Macarıstan şirkətləri Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirak etməyə hazırdır

03 Fevral 2022

Azərbaycanın müstəqillik qazandığı ilk vaxtlardan Macarıstan onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto fevralın 3-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib.
Nazir deyib ki, Macarıstan neft və enerji sahələrində Azərbaycanla sıx əməkdaşlıq edir.
“Macarıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. İndi də Macarıstan şirkətləri Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirak etməyə hazırdır. Bundan başqa, alternativ enerji istehsal edən müəssisələrin inşasına, dini və tarixi abidələrin bərpasına kömək göstərəcəyik”, – deyə nazir əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…