30 baxış
Bu yazını paylaşın
İctimai

Peter Mixalko: “Avropalılar Zaqatalada yetişdirilən fındığın dadını bilir”

13 Sentyabr 2022

“Zaqatala rayonu istehsal etdiyi fındıq hesabına Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında iqtisadi əməkdaşlığa töhvə verməkdədir. Avropalılar burada yetişdirilən fındığın dadını bilir”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu Zaqatalada keçirilən fındıq festivalının və “Yurdumun ləzzəti ” stendinin rəsmi açılışında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

“Azərbaycan fındıq ixracı üçün dünyada 3-cü ölkəyə çevrilib. Avropada Zaqataladan fındıq tədarük edildiyini bilirlər. Bu, çox vacib amildir, Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlıqdan xəbər verir. Bu, həmçinin ölkədə yetişdirilən məhsulların Avropa bazarlarına çıxarılması baxımdan imkandır”, – deyə o qeyd edib.

Bundan başqa, səfirin sözlərinə görə, Aİ Azərbaycandan məhsul, o cümlədən meyvə-tərəvəz idxalı ilə bağlı yerli istehsalçıları dəstəkləyir: “Bunun üçün Azərbaycan olan bir sıra tərəfdaşlarla birgə layihələr həyata keçiririk. Həmin tərəfdaşlardan biri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO). Layihələrdən birinin hesabına Zaqatalanı məşhur edən dədə-baba fındıq sortunu , həmçinin bu bölgədə yetişdirilən məhsulları qorunan məhsul irsi siyahısına daxil etmişik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…