67 baxış
Bu yazını paylaşın
Dünya

Peskovdan Ərdoğanın gündəm olan şəkli ilə bağlı- Açıqlama

22 Noyabr 2021

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın MHP sədri Dövlət Baxçalı  ilə görüşündə “Türk dünyası” xəritəsi ilə çəkdirdiyi şəkli şərh edib.

“Qafqazinfo” a istinadən ‘ TELEJURNAL’ xəbər verir ki, Peskov bu barədə “Rossiya 1”ə danışıb.

“Rusiyanın türk tərəfdaşlarının “Türk birliyi” ideyasını inkişaf etdirməsi normaldır. Ancaq Kreml tarixi olaraq Rusiya Federasiyasına aid olan Altayın olduğu qızıl ulduzun əskikliyinə görə məyusdur”, – Peskov bildirib.

“Bu şəkildə qızıl ulduz əskikdir. Türk dünyasının mərkəzi olaraq qəbul edilən bu ulduz Türkiyədə deyil, Rusiya torpaqlarındadır və hər türkün gəldiyi müqəddəs yer olan Altayda yerləşir”, – Peskov bunu türkologiya mütəxəssisi kimi dediyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana türk dünyasının xəritəsini hədiyyə edib. Xəritədə türk dövlətləri və türklərin yaşadıqları ərazilər, eləcə də, Azərbaycan qeyd edilib. Ərdoğanın şəkli sosial şəbəkələrdə gündəm olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…